Əhaliyə ŞAD XƏBƏR: Bəzi xərclər…

Əhaliyə ŞAD XƏBƏR: Bəzi xərclər…

Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR: Bəzi xərclər…

223016

Gələn ilin büdcəsində bəzi sahələrin xərclərinin kəskin azalması, bəzilərinin isə artması qeyd olunur.

Bəs, büdcə müzakirələrindən sonra hansı sahələrə az, hansılara isə daha çox maliyyə ayrılacaq?

Bizim.Media Baku.ws-a istinadən xəbər verir ki, bu sualı millət vəkili Vüqar Bayramov real tv-nin efirində cavabalandırıb.

Deputat qeyd edib ki, prioritet sahələrdə azalmalar yoxdur və sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar var: "Büdcə xərclərində 16,9 milyard manatlıq bir sosial xərc var. Bu, ümumi büdcə xərclərinin 41 faizi deməkdir. Yəni dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı sosial istiqamətə yönəldiləcək.
 

Eyni zamanda, büdcənin sosial müdafiə və sosial təminat xərclərində 4,8 milyard manat vəsait nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə təxminən 10 faizə yaxın artım deməkdir. 2025-ci ildə sosial paket dərinləşəcək və təxminən 3 milyon vətəndaşı əhatə edəcək sosial paket reallaşacaq. Bura minimum əmək haqqı, minimum pensiya, eyni zamanda bütün növ əmək pensiyalarının indeksləşdirilməsi, o cümlədən sosial müavinət və təqaüdlərdə artımlar daxildir.


Amma bir sıra istiqamətlər var ki, cənab Prezidentin imzaladığı sərəncamla bəzi publik hüquqi şəxslərin ləğvi həyata keçirildi. Bəzi sektorlar artıq daha çox gəlirə malikdir və onlar özünü daha çox gəlirə malik olduğuna görə subsidiyanın və ya büdcədən ayırmaların həcminə təsir göstərir. Bəzi sektorlarda isə strukturun dəyişməsi fonunda biz daha az vəsaitin büdcədən ayrılmasını müşahidə edirik.
 

Amma prioritet sahələrə baxsaq, istər sosial olsun, istər təhsil olsun, istər səhiyyə olsun və ya milli təhlükəsizlik olsun, Qarabağ və Şərqi Zəngəzurun bərpası olsun, bu istiqamətlərin heç birində azalmalar nəzərdə tutulmayıb. Əksinə, o istiqamətlərdə artımlar nəzərdə tutulub.


Bu baxımdan prioritet istiqamətlər üzrə hər hansı bir azalma yoxdur. Əslində biz 2025-ci ilin büdcə gəlirləri və xərclərinə baxsaq, əvvəlki illə müqayisədə artıb. Çünki 2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə manat ifadəsində ən böyük büdcəsi olacaq. Çünki bu xərclərdə artımlar var, və ilk dəfə xərclər 40 milyardı keçəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO