Lənkəranda əməliyyat - Daha bir avtoritet tutuldu

Lənkəranda əməliyyat - Daha bir avtoritet tutuldu

Hazırda oxunan: Lənkəranda əməliyyat - Daha bir avtoritet tutuldu

22278

Lənkəranda avtoritet saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, cinayətkar aləmdə “kriti Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub. 

Faktla bağlı araşdırma aparılır

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO