"Kürd Elnur" yenidən hakim QARŞISINDA - FOTO

"Kürd Elnur" yenidən hakim QARŞISINDA - FOTO

Hazırda oxunan: "Kürd Elnur" yenidən hakim QARŞISINDA - FOTO
222549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə "Kürd Elnur" kimi tanınan Elnur Abbas oğlu Abbasov barədə inzibati protokol tərtib edilib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Elnur Abbasov aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Astara Rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov 2020-ci ildə sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. O, paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
 

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb.


Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO