Bayram axşamı 2 nəfəri qətlə yetirən Arifə bu cəza verildi - FOTO

Bayram axşamı 2 nəfəri qətlə yetirən Arifə bu cəza verildi - FOTO

Hazırda oxunan: Bayram axşamı 2 nəfəri qətlə yetirən Arifə bu cəza verildi - FOTO
222282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 31-i axşam saatlarında iki nəfəri öldürməkdə ittiham olunan Arif Bəhərçiyevin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər prokurorun tələbinə uyğun olaraq 23 yaşlı müttəhimi ömürlük dörd divar arasına göndərməyi ədalətli hesab etməyiblər. 

Hökmə əsasən, Arifə müddətli - 20 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin son günü-bayram gecəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Arif anası ilə birgə işlətdiyi kafedə yaranan mübahisə nəticəsində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovu bıçaqla qətlə yetirib. O, hadisədən əvvəl anasını da döyüb. Arif Namiq və Ramili elə həmin vaxt mane olmaq istədikləri üçün öldürüb.

Bayram axşamı 2 nəfəri qətlə yetirən Arifə bu cəza verildi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO