Şəhid atası vəfat etdi – FOTO

Şəhid atası vəfat etdi – FOTO

Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
221751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Siyahim Dəmirovun atası vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib.

Uzunsürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı “Cərciz Peyğəmbər” ziyarətgahında torpağa tapşırılıb.

Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin oktyabrın 29-u Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Cərciz Peyğəmbər” ziyarətgahında dəfn edilib.

Ölümündən sonra “Qarabağ” ordeni və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid atası vəfat etdi – FOTO - foto 1
Şəhid atası vəfat etdi – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO