Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO

Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO

Hazırda oxunan: Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO
219957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə yazıb.

“Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub”, – diplomat yazıb.

O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun “Uşaqların düşüncələri” sərgisinin baş tutduğu qeyd edib. “Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub”, – səfir vurğulayıb.

Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.

“Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək”, – o nəql edib.

Xatırladaq ki, ötən ay Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət etmişdi.

Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO - foto 1
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO - foto 2
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO - foto 3
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO - foto 4
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı oldu - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO