Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB

Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB

Hazırda oxunan: Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTIB
219771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 41 ölkəyə 2 milyon 829 min 977 nəfər səfər edib. 

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 661 min 472 sərnişin (30,5 %) çoxdur. 

On ayda Azərbaycandan ən çox sərnişin 778 min 464 nəfər olmaqla Rusiyaya səfər edib.

Bu da 1 il əvvələ nisbətən 26,9 % çoxdur. Türkiyəyə 740 min 651 nəfər (+ 16,1 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 336 min 041 nəfər (+38,1 %) Azərbaycandan sərnişin səfər edib. 

Siyahıda daha sonra 167 872 sərnişinlə (+ 37,1 %) Gürcüstan, 97 790 sərnişinlə (+ 8,4 %) Səudiyyə Ərəbistan, 88 345sərnişinlə (+ 4,2 dəfə) Hindistan, 79 878 sərnişinlə (+25,9 %) Qazaxıstan, 53 132 sərnişinlə (+ 92,7 %) İtaliya, 51 879 sərnişinlə (+ 94 %) Qətər və 42 240 sərnişinlə (- 20%) Özbəkistan qərarlaşıb. 

İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə İsrail (41 071 sərnişin, +4,9 %), Küveyt (41 028 sərnişin, + 19,6 %) və Almaniya (34 263 sərnişin, + 15,6 %) TOP10-dan çıxıb. 
 

Təkcə oktyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 281 min 80 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 22,6 % çoxdur. 


O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 23,4 % artaraq 83 min 888 nəfər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO