Xəbər verdiyimiz kimi, Mingəçevirdə baş vermiş ağır yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, yol qəzasında yaralananlardan biri keçmiş N saylı taborun komandiri və Vətən Müharibəsi iştirakçısı Əlzamin Mirzəyevdir.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevirdə mikroavtobus aşdı: Ölən və xəsarət alanlar var
Hazırda təqaüddə olan mayor Mirzəyevin qəzada çiyin çanaq sümüyü sınıb. Eyni zamanda maşında olan həyat yoldaşı Xəyalə Mirzəyeva da xəsarət alıb.
Bizim.Media