Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO

Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO

Hazırda oxunan: Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO
218607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşib.

Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.

Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO - foto 1
Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO - foto 2
Evdən 20 min manat dəyərində 400 ədəd ətçəkən oğurlandı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO