FAKTİKİ HAVA: Azərbaycanda dağlıq rayonlara qar yağıb

FAKTİKİ HAVA: Azərbaycanda dağlıq rayonlara qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Azərbaycanda dağlıq rayonlara qar yağıb
217972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.


Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlaırında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.

Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO