Şotland jurnalistin yaydığı məlumat yalandır –  Comərdlidəki heç bir ev Heydər Əliyevin ata ocağı deyil

Şotland jurnalistin yaydığı məlumat yalandır – Comərdlidəki heç bir ev Heydər Əliyevin ata ocağı deyil

Hazırda oxunan: Şotland jurnalistin yaydığı məlumat yalandır – Comərdlidəki heç bir ev Heydər Əliyevin ata ocağı deyil

217598
Bu günlərdə Şotland tədqiqatçı-jurnalist Bredli Jardin ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycandakı ata ocağının yeni görüntülərini paylaşıb.


Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün “Tvitter” səhifəsində ümummilli lider Heydər Əliyevin ata yurdu, hazırda “Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndininxa0 yeni fotolarınıxa0 yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev ulu öndərin ata ocağı olub.

Cahanpress bununla bağlı araşdırma aparıb. Vaxtilə Comərdli kəndində yaşamış, Əlirza kişinin yaxın qohumu, 91 yaşlı Əli Muxtarov Cahanpress-ə açıqlamasında bildirib ki, ulu öndərin atası 1918-ci ildə Naxçıvana gedib və bir daha Sisyana qayıtmayıb. Kənddəki heç bir ev Əlirza Əliyevə aid deyil. 1930-cu ildə baş verən zəlzələ nəticəsində kənddəki evlərin hamısı dağılıb. Orada qalıqları qalan evlər sonrakı dövrün tikililəridir.

Göründüyü kimi Şotland jurnalistin yaydığı məlumat həqiqəti əks etdirmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO