Astarada qanunsuz ov edən şəxs TUTULDU - FOTO

Astarada qanunsuz ov edən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Astarada qanunsuz ov edən şəxs TUTULDU - FOTO
216893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çəltik sahəsində qanunsuz ov edən Astara sakini saxlanılıb.

Bizim.Media xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən olunub. 

Ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. 
 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

Astarada qanunsuz ov edən şəxs TUTULDU - FOTO - foto 1
Astarada qanunsuz ov edən şəxs TUTULDU - FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO