“Üç dost 17 erməni öldürüb Şəhid olublar...” -  Aprel Şəhidimizin atası...

“Üç dost 17 erməni öldürüb Şəhid olublar...” - Aprel Şəhidimizin atası...

Hazırda oxunan: “Üç dost 17 erməni öldürüb Şəhid olublar...” - Aprel Şəhidimizin atası...

216590
Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan hərbçilərimizdən biri də Silahlı Qüvələrimizin çavuşu Adil Kamran oğlu Adilzadədir. Adil 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub.

Moderator.az -a danışan Şəhidimizin atası bildirib ki, aprel döyüşləri zamanı Adilgil üç dost: baş-leytenant Qabil Orucəliyev, baş-leytenant Cavid Dədəkişiyev və çavuş Adil Adilzadə ermənilərin üstünə hücuma keçiblər:


“2014-cü ilin avqust hadisəsindən sonra hərbiyə qayıtdı...”

“Adil uşaqlıqdan sakit, təmkinli bir uşaq idi. Evin tək oğludur, bir bacısı var. Subay idi. 2011-ci ildə hərbi xidmətə yollandı. Beyləqanda xidmət edirdi. 2012-ci ildə hərbi xidmətini başa vurub evə qayıtdı. Rayonda su idarəsində işləyirdi. 2014-cü ilin avqust ayında ermənilərin bizim bir neçə əsgərimizi Şəhid etməsindən sonra dedi ki: “Mən hərbiyə qayıdıram”. Doğrusu mən istəmirdim getsin, amma mümkün olmadı. 2015-ci ildə müddətdən artıq hərbçi kimi orduya qayıtdı. Tərtər rayonunda cəbhə bölgəsində xidmət edirdi”.xa0



“Hər gün zəng vurduğuma görə özü də əsəbiləşirdi...”

“Həmişə telefonla zəng vurub danışırdıq. Mart ayında Novruz bayramına görə evə gəlmişdi. Bir gün sonra yenə hərbi hissəyə qayıtdı. Aprel döyüşlərindən xəbərsiz idik. Adil bu haqda bizə heç nə demirdi. Hər gün zəng vurduğuma görə özü də əsəbləşirdi ki, niyə hər gün zəng vurursan. Aprelin 1-də danışdıq. Sonra Adillə əlaqəmiz olmadı. Aprel döyüşlərinin olmasını biz televizorda gördük. Onda bildik ki, Adil də döyüşdədir. Aprel 10-na qədər Adildən xəbər yox idi. Aprelin 10-da Adilin və iki dostunun meyitini ermənilər tərəfdən hərbçilərimiz aldılar. Onda bizə bildirdilər ki, Adil iki hərbçi dostu ilə ermənilərin iki postunu alıb üçüncü postda hər üçü Şəhid olublar. Onlar aprelin 2-də Şəhid olmuşdular. Meyitləri də səkkiz gün ermənilərdə qalmışdı”.


“On yeddi erməni öldürüb...”

“Komandiri bizə dedi ki, Adilgil çox böyük qəhrəmanlıq göstərərək, erməniləri ağır itkilərə məruz qoyublar. Adil 17 erməni öldürdükdən sonra onu və dostlarını snayperlə vurublar. Aprelin 11-də Adili Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn etdik. Yeddi mərasimi Adilin doğum gününə düşdü. Çox qəribədir, aprelin 17-də doğulub, aprel ayında 17 erməni öldürdü”.

“Bir ata kimi mənə çətindi Adil mənim tək oğum idi. Amma nə edə bilərdim. Onu dediyindən döndərə bilmədim. Bircə təsəllim odur ki, Adil Şəhid olub və mən Şəhid atasıyam. Allah hamımıza səbr versin”.xa0

Xatırladaq ki, Şəhid Adil Adilzadə ölümündən sonra ölkə başçısı tərəfindən göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.xa0

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO