Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO

Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO

Hazırda oxunan: Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO
215435
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasim İsmayılov küçəsiylə Poçt küçəsinin kəsişməsindəki yoldan gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra  nümayəndəsinə Xəzər rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilmmiş qalır. 

Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO - foto 3

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.

Uzağı 3 ay ərzində...

Məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə yaratdıq. Bizim.Media-ya açıqlama verən qurum rəsmisi şəhid ailələlərinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:

“Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək”.

Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO - foto 4

“Bəs 30 ildir niyə asfaltlanmırdı” sualına gəlincə, Əli Quliyev bunları deyib:

“Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir”, -deyib.

O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?

Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil: 

Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO - foto 5

“Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq”, - deyə fikrini sonlandırıb.



Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO - foto 1
Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB – FOTO/VİDEO - foto 2


Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO