Oğuzda ağır qəza: Avtomobil yoldan çıxaraq yarğana düşdü - FOTO

Oğuzda ağır qəza: Avtomobil yoldan çıxaraq yarğana düşdü - FOTO

Hazırda oxunan: Oğuzda ağır qəza: Avtomobil yoldan çıxaraq yarğana düşdü - FOTO
215223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarında Oğuzun Padar kəndi ərazisində ağır qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Fiat” və "Mitsubishi" markalı avtomobillər toqquşub. 

Zərbənin gücündən "Fiat" markalı avtomobil yoldan çıxaraq yarğana düşüb. 

Hadisə yerinin ilkin tədqiqindən sonra məlum olub ki, “Fiat”ın sürücüsü qəza şəraiti yaradıb. Nəticədə  “Fiat”ın sürücüsü, rayon sakini Vüqar Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin köməyi ilə yaralı sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada ona ilkin tibbi yardım göstəriləndən sonra həkimlərin rəyi əsasında O, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

 V. Hacıyevin müalicəsi hazırda davam etdirilir. Həkimlər vəziyyətinin orta-ağır olduğunu bildirib. Baş vermis yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO