
- A-
- A
- A+
Bursa şəhərində Azərbaycan dili kursları açılacaq
Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan dili kurslarının açılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən Mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib. Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti – “Resmi Gazete”də dərc olunub.
ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan dili ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.
Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.
Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































