Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO

Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO

Hazırda oxunan: Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO
211037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabrdan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılacaq.

Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

"ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha rahat və təhlükəsiz etməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.

Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO - foto 1
Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO - foto 2
Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO