"Qasım əmi, səsin gəlir, yata bilmirəm" deyib qonşusunu döydü - Həbs edildi

"Qasım əmi, səsin gəlir, yata bilmirəm" deyib qonşusunu döydü - Həbs edildi

Hazırda oxunan: "Qasım əmi, səsin gəlir, yata bilmirəm" deyib qonşusunu döydü - Həbs edildi
208825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda yaşlı kişini döyən mühafizəçiyə hökm oxunub.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, 1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, çörək zavodunda mühafizəçi işləyən Elnur Qasımov (soyad şərti) yaşlı qonşusunu döydüyü üçün saxlanılıb.

Zərərçəkmiş Qasım adlı şəxs həyətdə domino oynayan ağsaqqallarla ayaqüstü salamlaşıb, yüksək səslə onlarla söhbət edib. Elnur yaşadığı binanın pəncərəsindən boylanaraq "Qasım əmi səsin gəlir, yata bilmirəm, uca səslə danışma" deyərək ona irad tutub.

Qasım isə Elnurun iradından hiddətlənərək onun aşağı düşməsini tələb edib. Elnur yaşadığı binanın hətyətinə düşüb və nəticədə onlar arasında mübahisə yaranıb. Sonuncu Qasımı döyərək, bədəninin nahiyyəsindən yumruq və şillə ilə vurub.

Elnur polis tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Elnur 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO