Uşaqların gec dil açmasına səbəb nədir?

Uşaqların gec dil açmasına səbəb nədir?

Hazırda oxunan: Uşaqların gec dil açmasına səbəb nədir?

208361
Körpələr ilk sözlərini ağlayaraq bildirirlər. Sonra isə bu ağlayış fərqli səslərə, hecalara və kəlmələrə, nəhayət cümlələrə çevrilir. Uşağın dil açması valideyinlər tərəfindən böyük sevinclə qarşılanır. Bəzən uşaqlarda dil açma prosessi bir qədər gecikir. Bu isə müxtəlif səbəblərlə bağlı ola bilər.xa0

Moderator.az xəbər verir ki, uşaqlar ilk 6 ayından səslər çıxarmağa, bir növ danışmağa çalışırlar. 12-ci ayına qədərsə artıq sadə və deyilməsi rahat olan sözlər deməyə cəhd edirlər. xa018-ci aydan sonra sərbəst cümlə qurmağa başlayırlar.
Həkimlər bildirirlər ki, Əgər uşaqda baş beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır. Hətta 4-5 yaşında belə normal dil açan uşaqlar var.xa0

Uşaqların gec dil açmasının bir səbəbi keçirdiyi xəstəliklərlə bağlıdır. Bu halda onlar özlərinə qapanır və qavraması zəif inkişaf edir.xa0

Uşaqların gec danışması və ya nitqindəki qüsurların əsas səbəblərindən biri də ailədə onlarla ünsiyyətin qururlmamasıdır.xa0
Mütəxəssislər məsləhət görür ki, balacalar danışdıqda diqqətlə dinləmək lazımdır. Çünki uşaq ona ciddi yanaşdığını görəndə danışmaq həvəsi yaranır. Bu da nitqin inkişafında müsbət təsir göstərir.xa0

Dursun Tağıyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO