Daha 3 qazimiz Vətənə döndü - FOTO

Daha 3 qazimiz Vətənə döndü - FOTO

Hazırda oxunan: Daha 3 qazimiz Vətənə döndü - FOTO

20777

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

3 qazimiz əməliyyat olundu - FOTO


Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO