İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO

İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO
207098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO - foto 1
İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO - foto 2
İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO - foto 3
İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO - foto 4
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO