Gəncədə 2 maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Gəncədə 2 maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Gəncədə 2 maşın toqquşdu, 3 nəfər xəsarət aldı

204963

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 may küçəsində, işıqforda baş verib.

Hərəkətdə olan VAZ 2107 markalı avtomobillə Kia Sorento markalı maşının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü V.Allahverdiyev, 2002-ci il təvəllüdlü B.Quliyev və 1961-ci il təvəllüdlü Ş.Yusibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO