Şuşada seysmik stansiya fəaliyyətə başladı – VİDEO  

Şuşada seysmik stansiya fəaliyyətə başladı – VİDEO  

Hazırda oxunan: Şuşada seysmik stansiya fəaliyyətə başladı – VİDEO  
203512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşada ilk dəfə Daşaltı Dərin Quyu seysmik monitorinqi stansiyası fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Müşahidə məntəqəsinin dərinliyi 100 metrə çatır, quyu polad borularla mühafizə olunub və orada 2 yüksək həssas zəlzələ sensoru quraşdırılıb. 

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) birgə əməkdaşlığı ilə inşa edilən monitorinq stansiyasının dünyada baş verən zəlzələləri izləyə biləcəyi bildirilir. 

Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO