“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi”.
Bizim.Media xəbər verir ki. bunu ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassan “Instagram” səhifəsində yazıb.
Jurnalist qeyd edir ki, insanlar hətta öz övladlarını dəfn etdikləri zaman belə hərbi əməliyyatların dayandırılmasını istəmirdilər.
“İnsanlar 27 ildir aparılan diplomatik danışıqların nəticəsiz qaldığını, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan və onu əhatə edən rayonlardan didərgin düşmüş 700 mindən çox azərbaycanlının öz ata-baba yurdlarına geri qayıtmalı olduqlarını bildirirlər”.
Jurnalist səhifəsində Ermənistanın Gəncəyə raket hücumu zamanı həlak olmuş 10 aylıq Narının atası Timur Xaliqovun körpəsinin paltarını əlində saxladığı fotonu, Tərtərə raket zərbələri nəticəsində dağılmış evlərin, qətlə yetirilmiş insanların yaxınlarının şəkillərini də paylaşıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 05.11.2020
ABŞ jurnalisti Azərbaycan xalqının cəsarətindən yazdı
Hazırda oxunan: ABŞ jurnalisti Azərbaycan xalqının cəsarətindən yazdı
Hazırda oxunan: ABŞ jurnalisti Azərbaycan xalqının cəsarətindən yazdı
2031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.