Filarmoniyanın direktoru Murad Adıgözəlzadə SAXLANILIB? – Rəsmi AÇIQLAMA 

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə SAXLANILIB? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Filarmoniyanın direktoru Murad Adıgözəlzadə SAXLANILIB? – Rəsmi AÇIQLAMA 

200459

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb. Yayılan məlumatda o da bildirilir ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın verdiyi sorğuya cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti yayılan xəbəri nə təkzib nə də təsdiq etdi.

Qeyd edək ki, Xalq artisti Murad Adıgözəlzadənin sözügedən quruma nə zaman direktor təyin olunması ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur. O, 2011-ci ildə  Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
M.Adıgözəlzadə 2012-ci ildə müğənni Aysel Teymurzadə ilə ailə həyatı qurub. Onların 3 övladı var.

Bu barədə ilk məlumatı demokrat.az yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO