Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO

Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO

Hazırda oxunan: Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO
199964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.
Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.

Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.
 


Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO - foto 1
Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO - foto 2
Suraxanıda narkotik satan şəxsdən 6 kq marixuana aşkarlandı - FOTO/VİDEO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO