"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında yazıb.
"Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 01.05.2021
Mikayıl Cabbarov Azad Rəhimovdan yazdı - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov Azad Rəhimovdan yazdı - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov Azad Rəhimovdan yazdı - FOTO
19767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.