Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO

Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO
197439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda idarəetməni itirən avtomobil su kanalına aşıb.

Bizim.Media apa.az-aistinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt - Astara - İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 - ü, sürücü və Astara rayon sakinləri 1995 - ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 - cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 - nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Azərim Azərili, Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO - foto 1
Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO - foto 2
Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO - foto 3
Lənkəranda avtomobil su kanalına aşdı, 3 nəfər xəsarət aldı - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO