Kərim Vəliyev mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib - FOTO/VİDEO

Kərim Vəliyev mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib - FOTO/VİDEO

Hazırda oxunan: Kərim Vəliyev mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib - FOTO/VİDEO
197320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.

Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla mühəndis təminatı üzrə müxtəlif tapşırıqların icrasına yönəldilib.

Taktiki-xüsusi təlimin gedişini müsbət qiymətləndirən Baş Qərargah rəisi bu kimi təlimlərin keyfiyyətinin daha da artırılması və onların real döyüş şəraitinə uyğun keçirilməsi barədə göstəriş verib.

 



Kərim Vəliyev mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib - FOTO/VİDEO - foto 1




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO