Həcc ziyarətinə gedən iki azərbaycanlı XƏSARƏT ALDI – DETALLAR 

Həcc ziyarətinə gedən iki azərbaycanlı XƏSARƏT ALDI – DETALLAR 

Hazırda oxunan: Həcc ziyarətinə gedən iki azərbaycanlı XƏSARƏT ALDI – DETALLAR 
197297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, iyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.

Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur:
"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO