"Hansı şəhid ailəsinə demək olar ki, növbəni pozub evi başqasına veririk?" - Nazir 

Hazırda oxunan: "Hansı şəhid ailəsinə demək olar ki, növbəni pozub evi başqasına veririk?" - Nazir 
197287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq”.  

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə keçirilən iclasında çıxışı zamanı deyib.  

“Lakin kiminsə növbəsini pozaraq qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub, evi sənə verməyib başqasına veririk? 
Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada, növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO