IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO

Hazırda oxunan: IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO
196991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çimərlik mövsümünün başlanması ilə əlaqədar ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.

Bu barədə Bizim.Media-ya IDEA İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, 12 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan aksiya 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub.

Şüvəlan qəsəbəsindəki ictimai çimərlikdə təşkil olunmuş təmizlik aksiyasında 200 könüllü gəncin və Milli Olimpiya Komitəsinin atletlərinin iştirakı ilə 2 tona yaxın tullantı toplanılaraq, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

"Sahillər təmiz qalsın” şüarı altında baş tutan təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.
Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 1
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 2
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 3
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 4
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 5
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 6
IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası KEÇİRDİ - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO