Sumqayıt Dövlət Universiteti Banqkokda beynəlxalq konfransda təmsil olunur – FOTO  

Sumqayıt Dövlət Universiteti Banqkokda beynəlxalq konfransda təmsil olunur – FOTO  

Hazırda oxunan: Sumqayıt Dövlət Universiteti Banqkokda beynəlxalq konfransda təmsil olunur – FOTO  

196749

Sumqayıt Dövlət Universiteti Banqkokda “Qlobal Davamlı İnkişaf Konqresində” rəhbər heyət və sərgi-stend ilə təmsil olunur. 

Bizim.Media xəbər verir ki, “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir. 

Dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulub. Konqres iyunun 10-da başlayıb və 13-dək davam edəcək. 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə konqres çərçivəsində Azərbaycan pavilyonunda Sumqayıt Dövlət Universiteti də təmsil olunmaqdadır.

Əlavə olaraq, 13 iyunda “Azərbaycanın dayanıqlı inkişaf təcrübələri” panelində SDU-nun rektoru Rüfət Əzizov spiker qismində çıxış edəcək. 

Konqres çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri də rəsmi elan ediləcək.










































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO