Anar Rzayev: “Yazıçılıq tənhalıq peşəsidir” - FOTO

Anar Rzayev: “Yazıçılıq tənhalıq peşəsidir” - FOTO

Hazırda oxunan: Anar Rzayev: “Yazıçılıq tənhalıq peşəsidir” - FOTO

193871

Bu gün açılışı baş tutan III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında     Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi qeyd edilib.

Tədbirdə çıxış edən professor Asif Rüstəmli Birliyin tarixindən söz açıb. O, qeyd edib ki, 1934-cü ildə yaradılan Birliyin aktiv üzvləri 1937-ci ildə repressiyaya məruz qalıblar. 1938-ci ildə Rəsul Rzanın təklifi ilə Azərbaycan Yazıçılar Birliyindəki kluba Natəvanın adı verilib.

1987-ci ildən quruma Anar Rzayev rəhbərlik edir.
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış publisist Babək Göyüşün kitabları SƏRGİLƏNİB – FOTO 


Xalq yazıçısı Anar Rzayev isə çıxışında vurğulayıb ki, yazıçılıq dünyada tənhalıq peşəsidir. Onun sözlərinə görə tənhalıqdan sonra yazdıqları əsərləri kimlərləsə bölüşürsən. Anar Rzayev yazıçıların sürgünlük həyatından da danışıb:

“Yazıçılar Birliyinin əsas işi Azərbaycan dilini qorumaq olub. Birliyin gələcəyi bizim gənclərimizdir. İnanıram ki, Azərbaycanın daha gözəl günləri qabaqdadır”.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Yunus Əmrə İnstitutu və digər qurumların təşkilatı dəstəyi ilə ayın 31-dək davam edəcək. 

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO