Şəkidə Yaradıcılıq Festivalı keçiriləcək - FOTO

Şəkidə Yaradıcılıq Festivalı keçiriləcək - FOTO

Hazırda oxunan: Şəkidə Yaradıcılıq Festivalı keçiriləcək - FOTO

193760

Şəkidə Yaradıcılıq Festivalı keçiriləcək. Festival “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşəbbüsü ilə təşkil olunur.

Bizim.Media-nın yerli bürosu Regional Təhsil idarəsinə istinadən bildirir ki, mayın 29-da Şəki Olimpiya İdman Kompleksində keçiriləcək festivalda  “STEAM” və peşə təmayüllü siniflərdə təhsil alan məktəblərin təqdimatı olacaq.

Festivalın keçirilməsində məqsəd məktəblilər arasında elm və texnologiyaya, həmçinin ekoloji problemlərin həllinə maraq oyatmaqdır.

Qeyd edilib ki, belə yaradıcılıq festivalları  gənclərin praktiki bacarıqlarını inkişaf etdirmək və onları gələcək peşə həyatı üçün hazırlamaq baxımından əhəmiyyətlidir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO