Ərdoğan Türkiyədə qırmızı maşını ilə məşhurlaşan Sərvər Bəşirlini mükafatlandırıb - FOTO

Ərdoğan Türkiyədə qırmızı maşını ilə məşhurlaşan Sərvər Bəşirlini mükafatlandırıb - FOTO

Hazırda oxunan: Ərdoğan Türkiyədə qırmızı maşını ilə məşhurlaşan Sərvər Bəşirlini mükafatlandırıb - FOTO

193574

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən zəlzələdən sonra qardaş ölkəyə yardım göndərmək üçün köhnə qırmızı avtomobilinə yüklədiyi əşayalarla birlikdə yola çıxan həmyerlimiz Sərvər Bəşirlini mükafatlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” hesabında paylaşım edib.

İşbilir qeyd edib ki, S. Bəşirli Türkiyənin “Yurt Dışı Vefa Ödülü”nə layiq görülüb:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra avtomobilinə yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, - deyə qeyd olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO