Şəkidə 53 yaşlı qadını maşın vurdu

Şəkidə 53 yaşlı qadını maşın vurdu

Hazırda oxunan: Şəkidə 53 yaşlı qadını maşın vurdu

193359

Şəkidə axşam saatlarında yolu keçmək istəyən şəhər sakinini maşın vurub. Qadın hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.                

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəkinin Salman Mümtaz küçəsində baş verib. 

Belə ki,  “Mercedes” markalı 55 CD767 dövlət nömrə nişanlı avtomobil axşam saatlarında yolu keçmək istəyən 53 yaşlı şəhər sakini Nəcibə Laçınovanı vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib, qadına yerində tibbi yardım göstərildikdən sonra o, Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Burada qadın müayinədən keçirilərək xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO