Tanınmış jurnalist Cəfər Hasnain Azərbaycana köçür - FOTO

Tanınmış jurnalist Cəfər Hasnain Azərbaycana köçür - FOTO

Hazırda oxunan: Tanınmış jurnalist Cəfər Hasnain Azərbaycana köçür - FOTO

19213

44 günlük Vətən müharibəsi boyunca ölkəmizə dəstək olan Pakistanın tanınmış jurnalisti Cəfər Hasnain Azərbaycana köçməyə qərar verib.  

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

O, sosial şəbəkə hesabında Azərbaycanla bağlı suallar ünvanlayıb:

“Salam əziz Azərbaycanlı dostlar! Fikirləşirəm Azərbaycana köçüm. Bunun üçün bir neçə sualım var.

Xarici vətəndaş olaraq jurnalist kimi nə işlə məşğul ola bilərəm? Xarici siyasi və biznes idarəetmə təcrübəsi ilə Azərbaycanda hansı işlər görmək olar?

Azərbaycan başqa ölkə vətəndaşlarına qarşı necə davranır?

Hansı şirkətlər əcnəbiləri işlə təmin edir? Əgər hər hansı bir kömək üçün vasitə olsa xahiş edirəm mesaj yazasınız”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO