Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO

Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO

Hazırda oxunan: Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO
191127
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkar edilib.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, bazarda süd məhsullarının saxlanması üçün kifayət qədər soyuducularla təmin olunmadığı, satışı həyata keçirilən ət və ət məhsullarının, süd və turşu məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin olmadığı, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Bazar daxilində açıq şəkildə satışı həyata keçirilən süd və turşu məhsulları, o cümlədən ət və ət məhsullarının satışı sahələrində fəaliyyətin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.
"Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir. Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən sərt tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.

Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO - foto 1
Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO - foto 2
Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO - foto 3
Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO - foto 4
Nərimanovdakı bazarda bəzi məhsulların satışı DAYANDIRILIB - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO