Robotlar yarışında ikinci yeri Azərbaycan məktəblisi tutdu - FOTO

Robotlar yarışında ikinci yeri Azərbaycan məktəblisi tutdu - FOTO

Hazırda oxunan: Robotlar yarışında ikinci yeri Azərbaycan məktəblisi tutdu - FOTO
190341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Neftçalanın rayonun Qırmızıkənd kəndində doğulmuş və hazırda kimya-biologiya təmayüllü litseydə təhsil alan Kainat Ağazadə Avropa İttifaqı tərəfindən maliyyələşən və dünyanın ən böyük robot yarışması "İnternational Robotex"in yarımfinalına çıxmaqla 2-ci yerə layiq görülüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, robot yarışası bu dəfə Türkiyənin Antaliya şəhərində baş tutub.

Qeyd edək ki, bu yarışmada məktəbəqədər yaşdan ali məktəblərdə təhsil alan tələbələrə qədər hər kəs iştirak edə bilər. Yarışa qoşulanlar 2 əsas, 19 alt kateqoriyada öz istedadlarını nümayiş etdirmək imkanı qazanırlar.

İştirakçılar ixtira etdikləri robotları yarışdırmaqla yanaşı, həm də startaplarını təqdim edirlər. Bu isə onlara dünyanın ən məşhur sahibkarlarının, mühəndislərinin, investorlarının diqqətini cəlb etmək imkanı verir.


Robotlar yarışında ikinci yeri Azərbaycan məktəblisi tutdu - FOTO - foto 1


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO