Əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi anılıb - FOTO

Hazırda oxunan: Əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi anılıb - FOTO

19032

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

Bizim.Media xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunda Albert Aqarunovun xatirəsi yad edilib.

Hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər Xiyabanındakı məzarını, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsinə böyük ehtiram göstərərək gül dəstələri qoyublar.
 

MÖVZU İLƏ BAĞLI:

Albert Aqarunovun tankı yenidən Orduda - FOTO


Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz vətəninin müstəqilliyi uğrunda canını fəda edib.

Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO