Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Hazırda oxunan: Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

190128

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, müsəlman din xadimləri məsciddə namaz qılıb, şəhidlərin ruhuna dualar oxuyublar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə ermənilərin mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verib.

Bildirilib ki, işğal edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib.

Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət və qayğısı ilə məsciddə yenidənqurma və bərpa işləri həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO