Ağstafada ağır QƏZA – Ölən və yaralananlar var

Ağstafada ağır QƏZA – Ölən və yaralananlar var

Hazırda oxunan: Ağstafada ağır QƏZA – Ölən və yaralananlar var

189856

Ağstafada sürücünün idarəetməni itirməsi ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Köçüəsgər kəndində hərəkətdə olan 90-FA-306 dövlət nömrə nişanlı,  "VAZ-21099" markalı minik avtomobili ağaca çırpılıb. 

Qəza zamanı Goranboy rayon sakini, 2005-ci il təvəllülü Murad Məmmədov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər 3 nəfər - 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov və 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO