Azərbaycanda 3 min avtobus elektrikli avtobuslarla əvəz olunacaq

Azərbaycanda 3 min avtobus elektrikli avtobuslarla əvəz olunacaq

Hazırda oxunan: Azərbaycanda 3 min avtobus elektrikli avtobuslarla əvəz olunacaq

189751

Azərbaycanda yaxın dövrdə 3 min avtobusun elektrikli avtobusla əvəz olunması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin şöbə müdiri Fariz Əliyev bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda perspektivdə bütün avtobuslar elektrikli avtobuslarla əvəz olunacaq.

“Xətdən çıxarılan nəqliyyat regionlara göndəriləcək. Uzunmüddətli perspektivdə regionlardakılar da elektrikli avtobuslarla əvəz ediləcək”, - deyə nazirlik rəsmisi qeyd edib.

Fariz Əliyev əlavə edib ki, hazırda üç Çin şirkətinin avtobusları sınaqdan keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO