Azərbaycanda 8-ci sinif şagirdi QAÇIRILDI 

Hazırda oxunan: Azərbaycanda 8-ci sinif şagirdi QAÇIRILDI 

188951

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. 

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb.

Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub.  
Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO