Əhalinin neçə faizi “TikTok”un qadağan edilməsini istəyir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi “TikTok”un qadağan edilməsini istəyir? – SORĞU 

188938

Azərbaycanda əhalinin 74,9% "TikTok" sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir.

Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. STM tərəfindən ölkə üzrə gənclər arasında keçirilmiş sorğular da "TikTok"un ən çox istifadə edilən üç platformadan biri olduğunu aşkar edib.

Bununla belə, dünyada bir milyarddan çox istifadəçiyə malik bu sosial media platformasının təhlükəsizlik riskləri və digər səbəblərdən bir sıra ölkələrdə məhdudlaşdırılma tendensiyası müşahidə olunur.

Azərbaycanda da gənclərin, yeniyetmələrin formalaşmasına mənfi təsir edən video kontentlərin paylaşılması, etik prinsiplərin və milli dəyərlərin gözlənilməməsi səbəbindən sözügedən media platformasına məhdudiyyətlərin tətbiqi vaxtaşırı ictimai gündəm yaradıb. Buradan irəli gələrək, STM tərəfindən keçirilən sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənilib. Sorğunun nəticələrinə əsasən, 74,9% "TikTok" sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib.



Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO