Oğuz sakinlərindən örnək TƏŞƏBBÜS – Yanmış meşələr belə bərpa olunur – FOTO 

Hazırda oxunan: Oğuz sakinlərindən örnək TƏŞƏBBÜS – Yanmış meşələr belə bərpa olunur – FOTO 

188327

Oğuzun Xaçmaz kəndinin sakinləri bir araya gələrək əvvəlki illər yanmış meşə və dağ yamaclarının yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edib.   

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakini İlkin Lətifov məlumat verib.   

O bildirib ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sakinlərin təşəbbüsü ilə keçirilən ilk aksiyaya maraq böyük olub. 

Böyük Qafqazın cənub yamaclarında yerləşən bu yaşayış məntəqəsi geniş meşə sahələrinə malikdir. Yazın gəlişi ərəfəsində sakinlərin dağ yamacları və meşə sahəsində əkin aparması heç də təsadüfi deyil. Belə ki, bir neçə il əvvəl Pirpalıd dağının ətəkləri həmçinin Xaçmaz meşəbəyliyində yanğın baş verib və bu zaman on hektarlarla ərazi yanaraq külə dönür. 

Aprelin əvvəlindən sakinlər təşəbbüs göstərərək həmin ərazilərdə müxtəlif tinglər həmçinin şabalıd, qoz toxumu əkirlər.

“Meşələrin, dağların yanğına məruz qalması böyük bir faciədir. Bu faciənin aradan qaldırılması üçün Xaçmaz kəndinin gəncləri gözəl təşəbbü irəli sürüb və bu gün onu icra edirik” deyən İlkin Lətifov könüllülük aksiyasında 50 nəfərdən artıq insanın iştirak etdiyini bildirib. 
İ.Lətifovun sözlərinə görə gün ərzində 15 hektara yaxın ərazidə əkin aparılıb. Qarşıdakı şənbə və bazar günlərində təşəbbüsə bu gün qoşula bilməyən digər sakinlərin də qoşulacağını deyən müsahibimiz ümumilikdə aprel və may aylarında 50-70 hektar arası meşə və dağ yamaclarında şabalıd və qoz toxumunun eləcə də digər tinglərin əkilməsinin planlaşdırıldığını bildirib. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO