ADPU-nun dekanı VƏFAT ETDİ - FOTO 

ADPU-nun dekanı VƏFAT ETDİ - FOTO 

Hazırda oxunan: ADPU-nun dekanı VƏFAT ETDİ - FOTO 

186962

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.
Məlumat üçün bildirək ki, A.Fərəcov 1958-ci ildə anadan olub. O, 1975-1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitet) Mexanika-riyaziyyat fakültəsində, 1978-1980-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1980-1983-cü illərdə isə həmin təhsil müəssisəsində Mexanika-riyaziyyat fakültəsinin əyani doktorant səviyyəsi üzrə təhsil alıb. 1980-ci ildə indiki AMEA-nın Riyaziyyat-mexanika institutunda elmi işçi, 1983-cu ilin dekabrından Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsində müəllim, 1994-1996 Türkiyənin İstanbul Universitetində dosent, 1996-2019-cu illərdə BDU mexanika-riyaziyyat fakültəsində dosent, 2019-ci ildən isə ADPU riyziyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO