Cəlilabadda çiyələk yığımına START VERİLDİ – Qiymətlər NECƏDİR? – FOTO 

Cəlilabadda çiyələk yığımına START VERİLDİ – Qiymətlər NECƏDİR? – FOTO 

Hazırda oxunan: Cəlilabadda çiyələk yığımına START VERİLDİ – Qiymətlər NECƏDİR? – FOTO 

185670

Cəlilabad rayonunda nübar çiyələk yığımına başlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fermerlər və məhsul istehsalçıları əkin zamanı məhsuldarlığı ilə seçilən "Viktoriya” növünə daha çox üstünlük verirlər.

Artıq rayonun əksər fermerləri təbii çiyələyin sahələrdən yığımına hazırlaşırlar.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nadirovun verdiyi məlumata görə, Cəlilabadda bu il 560 hektar ərazidə çiyələk əkini aparılıb. Keçən il isə bu rəqəm 505 hektar olub.

5 hektar sahədə çiyələk əkini həyata keçirmiş fermer Vüqar Musayev ilk nübar çiyələyinin təmiz alınmış məhsul kimi yüksək keyfiyyətli olduğunu bildirib. Artıq ona məxsus sahədə də məhsulun ilkin yığımı aparılır. Fermer bildirir ki, havanın yağıntılı keçməsi məhsul yığımını 10 gün gecikdirib. Lakin buna baxmayaraq bu il çiyələk sahələrində məhsuldarlıq kifayət qədər yüksəkdir.
Daxili bazarda tezliklə çiyələyin qiymətinin enəcəyini söyləyən sahibkar əlavə edib ki, məhsula sərf edilən biodərmanlar Rusiya-Ukrayna müharibəsinə görə 100 faiz həcmində bahalaşıb. Məhz bu amil çiyələyin qiymətinə təsir edir.

Bitkiçiliyin bu növü ilə məşğul olan təsərrüfatın briqadiri Rafiq Abdullayevin sözlərinə görə, göstərilən qulluqdan asılı olaraq 1 hektar çiyələk sahəsindən 15-20 ton məhsul yığılır.

Qeyd edək ki, hər il xarici bazara da çıxarılan çiyələk rayona 10 milyon dollara qədər valyuta gətirir. Həmsöhbət olduğumuz fermer bu il rayonda yeni soyuducuların qurulmasının məhsulların məhv olmasının qarşısını alacağını bildirirlər.

Rəsmi rəqəmlərə görə, keçən il 12946 ton məhsul götürülüb və cari ilin proqnozuna görə bu il məhsuldarlıq daha da artacaq. Rayonda təsərrüfatın təkcə bu sahəsində 2 mindən artıq insan ilboyu işlə təmin olunur. Bu isə kənd əhalisinin sosial rifah halının yüksəlməsinə xidmət edir.

Qeyd edək ki, çiyələk məhsulunun yığılması sentyabra qədər davam edir. Hazırda çiyələyin bazarlarda satış qiyməti 5-7 manat aralığında dəyişir.













Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO