Quba Soyqırımı Memorial Kompleksində ağacəkmə kampaniyası – FOTO 

Quba Soyqırımı Memorial Kompleksində ağacəkmə kampaniyası – FOTO 

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksində ağacəkmə kampaniyası – FOTO 

184838

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə Quba Soyqırımı Memorial Kompleksi ağacəkmə kampaniyasına start verib.

Bu barədə kompleksin mətbuat katibi Abutalıb Turabov Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. 

“Biz də soyqırımının builki ildönümündə "Bir ağac, min nəfəs” aksiyasına başladıq. Aksiya Mədəniyyət,  Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi və köməkliyi ilə keçirilir.

Abutalıb Talıbov məlumat  verdi ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhifəsində QR kod açılıb. Aksiyaya qoşulmaq istəyən hər kəs bu kod vasitəsilə 1 manat ödəniş etməklə qeydiyyatdan keçə bilərlər. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO